“Kəpəz” gedənlərin adlarını rəsmən açıqladı
09.01.2013 - 14:09
“Kəpəz” gedənlərin adlarını rəsmən açıqladı
“Kəpəz” klubu yollarını ayırdığı futbolçuların adlarını rəsmən açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər 4 legioner – qapıçılar İvan Radoş, Arsen Ondobo, yarımmüdafiəçi Bujamin Asani və hücumçu Yuri Fomenko ilə vidalaşıb. Onlarla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Baş məşqçi Mahmud Qurbanov 2 legioner saxlayıb. Yarımmüdafiəçilər Nikolay Svejentsevlə Armando Feutçine mövsümün qalan hissəsində də "Kəpəz"in şərəfini qoruyacaq.