Millimizin futbolçusu “OİK-Energiya”da
09.01.2013 - 14:39
“OİK-Energiya” Azərbaycan millisinin futbolçusu David Qarayevi baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, hazırda 19 yaşadək futbolçulardan ibarət yığmamızla birlikdə Sankt-Peterbuqrda olan 17 yaşlı yarımmüdafiəçi Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin ardından Rusiya klubunun düşərgəsinə yollanacaq.
Bunu I divizion təmsilçisinin baş direktoru Sergey Feldman açıqlayıb. O bildirib ki, “Alaniya”nın 17 yaşlı oyunçusunu sınayacaqlar: “Vladiqafqazdan gənc David Qarayevi də sınayacağıq. Bu oğlan haqda çox təriflər eşitmişik”.
Maraqlıdır ki, əksər mənbələrdə milliləşən rusiyalı futbolçumuzun hazırda “Qubkin” klubunun üzvü olduğu göstərilir. Lakin onun adına nə bu komanda, nə də “Alaniya”nın heyətində rast gəlinir.

0
0