Əfqan Talıbov: Onlar birbaşa müqaviləyə gələcəklər
09.01.2013 - 17:02
“Hazırlıqla bağlı indidən nəsə deyə bilmərəm. Rayona qar yağıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əfqan Talıbov deyib.
İlk “altılıq”a düşmək şansını hələ də saxlayan “Turan” futbolçuları plana uyğun yanvarın 10-da və 11-də həkim müayinəsindən keçməli, ardından hazırlığa start verməli idi. Ancaq deyilən vaxtda komanda bir araya gələ bilməyəcək.
Belə ki, baş məşqçi Əfqan Talıbov hələ Bakıda olduğunu, klubun prezidenti Yaşar İbrahimovun da paytaxta gələcəyini, bütün məsələlərə burda aydınlıq gətiriləcəyini bildirib. Üstəlik, rayona qarın yağması planları əməlli-başlı korlayıb: “Yaşar müəllim Bakıya gəlir. Onunla danışıb, hazırlıq planını quracağıq”.
Baş məşqçi hava şəraiti ilə əlaqədar 1-2 gün dəyişiklik olacağını istisna etmədi: “Ola bilər, 1-2 gün dəyişiklik edilsin. Yəqin ki, yanvarın 11-də və ya 12-də bir araya gələcəyik”.
Heyətlə bağlı məsələlər də hələ açıq qalıb. Bu suala komanda bir yerə toplaşdıqdan sonra aydınlıq gətiriləcəyi bildirilir: “Hamı bir yerə toplaşdıqdan sonra hər şeyə aydınlıq gətiriləcək. Salif Ballo hələ klubun bazasındadır. Onunla bağlı müraciət edənlər olub. Amma ortada konkret heç nə yoxdur. Yəqin ki, komandada qalacaq”.
Talıbov 3-4 legioneri də heyətlərinə qatacaqlarını düşünür. Amma həmin futbolçular birbaşa müqavilə imzalamağa gələcəklər: “3-4 legioner ala bilərik. İstəyirik ki, onlar baxışa yox, birbaşa müqaviləyə gələcəklər. Yayda hansısa futbolçunu yoxlama üçün vaxt çox olur. Lakin qışda buna imkan olmur. Ona görə də elə əcnəbi gətirəcəyik ki, birbaşa komandaya qoşulsun, oyunlarda iştirak etsin”.

0
0