3-cü dəfə 3-cü
09.01.2013 - 17:33
3-cü dəfə 3-cü
Ardıcıl 5-ci dəfə Valentin Qranatkinin xatirə turnirində çıxış edən Azərbaycan milli komandası qrup mərhələsini 3-cü yerdə başa vurub. Apasport.az saytının məlumatına görə, millimiz ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə bu pillənin sahibi oldu. Yığmamız 2010-cu ildə 4, 2012-ci ildə 3 komanda arasında 3-cü olmuşdu.

Bu mövqedə qərarlaşan yığmamız hər dəfə xal hesabını artırıb. 3 il əvvəl 2, ötən il 3 xal toplayan millimiz bu dəfə 3-cü pilləni 4 xalla əldə edib. 2009 və 2011-ci illərdə qrup sonuncusu olan futbolçularımız 4 komanda arasında 4-cü yerlə kifayətlənmişdi. Tək illərdə sonuncu olmaq ənənəsi bu dəfə qırılsa da yığmamız yenə də ilk 2 pillədən uzaqda qaldı.

2009
3
1
0
2
1-3
3
4-cü yer/4 komanda
2010
3
0
2
1
3-4
2
3-cü yer/4 komanda
2011
3
0
2
1
1-4
2
4-cü yer/4 komanda
2012
2
1
0
1
2-8
3
3-cü yer/3 komanda
2013
3
1
1
1
4-5
4
3-cü yer/4 komanda