“Turan”ın canlı əfsanəsi borc içində üzür
17.01.2013 - 18:00
“Turan” klubunun sabiq baş məşqçisi Sakit Alıyev 2 ildir futboldan kənarda qalıb. 2011-ci ilin mayında komandanın məşqi zamanı insult keçirən çalışdırıcı dərhal rayon xəstəxanasına aparılmışdı. Bu müddətdə müalicə alan Alıyev apasport.az saytına müsahibəsində həm səhhətində yaranan problemdən, həm də “Turan” haqda danışıb.
- Müalicəniz necə gedir?
- Bu yaxınlarda Bakıda idim, həkimlərlə görüşdüm. Səhhətimdə xeyli irəliləyiş olduğunu dedilər. Martda yenə müayinədən keçəcəyəm. Bundan sonra yekun söz deyiləcək. İşləyə bilərəm, amma həkimlər tam sağalmağı məsləhət biliblər. Apreldə isə Rusiyaya gedəcəm. Orda həkimlər nə baş verdiyini yazılı şəkildə mənə çatdıracaqlar.
- Bu xoşagəlməz halla iş başında, məşqdə üzləşmişdiniz. Sağlamlığınızı qurban verdiyiniz “Turan”dan sizinlə maraqlanan olubmu?
- Açığı nə klub rəhbərliyi, nə də başqa insanlardan yardım almışam. Klubdan mənimlə heç kim maraqlanmayıb. Yaxın dostlar, qohumlar, yetişdirdiyim futbolçuların köməyi sayəsində müalicə olunuram. Sanki başıma bu işlər “Turan”da, iş başında gəlməyib. Zəng vurub, hal-əhval tutan da yoxdur.
- Klubdan mənəvi cəhətdən də dəstək olmayıblar?
- Tovuz futbolunun tarixini vərəqlədikdə, burada can qoyanlardan biri də mən olmuşam. Ancaq başıma belə şeylər gəldikdən sonra düşünürəm ki, sanki burda mən adda adam olmayıb. Nə zəng vuran var, nə hal-əhval tutan. Bəzi azarkeşləri çıxmaq şərtilə. İşlədiyim vaxtlarda əməyimə qiymət verən bir qrup azarkeş daim əlaqə saxlayır. Hərdən köməkçilərim olmuş Eltay Aslanovla Elxan Abdıyev məni itirib-axtarır. İstər klub, istərsə də rayon rəhbərliyi maraqlanmır ki, komanda üçün bu qədər əziyyət çəkmiş Sakit Alıyev hardadı, nə iş görür.
- Siz çətin vaxtlarında “Turan”ın baş məşqçisi postunda olmusunuz. Yəni yüksək ödənişli maaş, mükafat almamısınız. Belə olan halda, ailənizin gündəlik təminatını necə tənzimləyirsiniz?
- Çox çətindir. İşlədiyim vaxtlarda klub rəhbərliyi ilə heç vaxt konkret məbləğ haqda danışmamışam. Çalışmışam ki, işimlə nəyə qadir olduğumu sübut edim. Bundan sonra pul haqda danışmaq olurdu. Düzdür, yüngül də olsa ailəmi dolandırmaq üçün əmək haqqı alırdım. Bu məbləğ ailəmi dolandırmağa güclə çatırdı. Amma xəstələndikdən sonra çox əziyyət çəkdim, kimsə kömək etmədi. Hələ yorğan-döşəkdən qalxmamışam. Ordan-burdan borc tapıb, ailəmin problemlərini yoluna qoyuram. Arzum budur ki, yenidən iş başına dönüm. Heç kimdən heç nə gözləmirəm.
- Bu qədər zəhmətin qarşılığında belə biganəlik sizə pis edir?
- Biganəliyin səbəbi odur ki, “Turan”da futbolla əlaqəsi olmayan insanlar çalışır. Onlar futbola bağlı olsaydılar, bu sahədə sağlamlığını itirən insanla maraqlanardılar. Niyə? Çünki vaxtilə mən belə olmuşam. Musa Süleymanovun vaxtında məni baş məşqçi vəzifəsindən çıxardıqdan sonra uşaq futboluna rəhbər qoydular. Onda bir neçə məşqçini klubdan çıxarmaq istəyirdilər. İmkan vermədim. Süleymanov özü də etiraf edirdi ki, futbola yad isimdir. Onu başa salırdım ki, burda futbolu bilən insanlar olmalıdır. Bu gün “Turan”ı idarə edənlərin 99 faizi futbola yad simadır.
- “Turan”ın oyunlarını izləyirsinizmi?
- Hərdən stadiona gedirəm. Amma həkimlər tapşırıb ki, çox səs-küylü yerlərdə oturmayın. Ona görə də bir kənara çəkilib, oyuna baxıram.
- Komandanın çıxışı barədə nə deyə bilərsiniz?
- Hər zaman yerli uşaqlara üstünlük verməyin tərəfdarı olmuşam. AFFA prezidenti Rövnəq Abdullayev deyib ki, Tovuzda futbol var və biz də onlara dəstək olaraq kluba kömək edəcəyik. Bu fikrin qarşılığında kluba legioner axınının olması, üstəlik, həmin legionerlərin bir-ikisi istisna olmaqla yerlilərdən heç də üstün olmamağı klub rəhbərliyinin nəyə qadir olduğunu ortaya qoyur. Halbuki, biz işləyən vaxt 25 oyunçudan 18-i yerli gənclər idi. Legionerlərimiz də Gürcüstandan idi, biri də hələ AZAL-da oynayır - Viktor İqbekoyi. Bu gün axtarsan Tovuzda futbolçu var. Bu gün Hafiz Əliyevi komandadan kənarlaşdırıblar. Nəyə görə o, başqa yerdə oynamalıdır? Arxadan yeni nəsil gəlir – Natiq, Fərmayıl, Azər, Budaq, Rəşadlar.
- Bu qədər haqsızlıq sizdə qıcıq yaradırmı?
- Biganə qala bilmirsən. Əgər komandada “Turan”ın öz yetirmələri oynayarsa, aşağıdan gələn nəsil üçün də stimul ola bilər. Amma bizdə işi elə qurublar ki, “11-lik”də cəmi 1 tovuzlu meydana çıxır. Belə olanda, yerlilər həvəsdən düşürlər, futbolu atıb başqa sahəni seçirlər. Bu qədər biganəlik olmaz axı. Yerli məşqçiləri də həvəsləndirmək lazımdır. Yoxsa onlara ayda 100 manat maaş verirlər, sonra da yarısını cərimə edirlər. Belə şey olar? Bu heç bir kişiyə yaraşan hərəkət deyil. Onlar ac qarınla necə işləsinlər? Burdan həmişə futbolçular və aşıqlar çıxıb.
- Futbolçulardan sizin yanınıza şikayətə gələnlər olubmu?
- Səhhətimlə əlaqədar həkim tez-tez təmiz havada gəzməyi tapşırıb. Buna görə də çölə, bayıra çıxanda tez-tez yanıma gəlirlər, şikayət edirlər. Ancaq mən nə edə bilərəm? Klubda işləmirəm, orada sözüm ötmür. Bu baxımdan mənə nəsə demələri yersizdi. Şikayətlər “Turan”la bağlıdır. Klub rəhbərliyi futboldan uzaq adamlardır. Onlara nəyi başa salasan? Orda təmiz ab-hava yaranmasa, hansısa inkişafdan, irəliləyişdən danışmaq əbəsdir. Əksinə, daha da geriləyəcək...

0
0