Mourinyo ilə Ronaldonun arasında mübahisə baş verib
20.01.2013 - 00:06
Madrid “Real”ının müdafiəçisi Raul Albiol maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu ötən həftə İspaniya Kral kubokunun yarımfinal matından sonra Joze Mourinyo ilə Kriştiano Ronaldo arasında yaşanan olayların doğru olduğunu bildirib.
Albiol portuqaliyalı çalışdırıcının paltar dəyişmə otağında ulduz futbolçuya bəzi sözlər dediyini ifadə edib:
“Bütün hadisələr oyundan sonra paltar dəyişmə otağında baş verib. Həm Mourinyo, həm də Kriştiano çox iddialı və hirsli insanlardır. İkisinin də oyunla bağlı fərqli fikirləri var idi. Amma sonradan hər şey həll olundu. Bu hadisə komandanın oyununa mənfi təsir yaratmayacaq. “Valensiya”ya qarşı çox əhəmiyyətli matç oynayacağıq və bundan sonra digər görüşləri də qazanmaq istəyirik”.
Qeyd edək ki, ispan mətbuatı ötən həftə “Real”ın “Valensiya” (2:0) ilə İspaniya Kral kubokunun yarımfinal matından sonra Joze Mourinyo ilə Kriştiano Ronaldo arasında mübahisə baş verdiyi iddia edilirdi. Belə ki, paltar dəyişmə otağında portuqaliyalı mütəxəssis Ronaldonun qarşılaşmasın son 15 dəqiqəsində pis çıxış etdiyini bildirib.

0
0