Turnirin ikinci matçında da qol səsi eşidilmədi
20.01.2013 - 01:45
Turnirin ikinci matçında da qol səsi eşidilmədi
Afrika Millətlər Kubokunda növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, CAR-da keçirilən A qrupunun ikinci matçı Yohannesburq şəhərinin “Soccer Siti” stadionunda baş tutub.

Burada Anqola milli komandası Mərakeş yığması ilə üz-üzə gəlib. Qarşılaşma turnirin açılış oyununda CAR - Kabo-Verde matçı kimi 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Beləliklə, bu görüşlərdən sonra A qrupunda hər 4 komanda 1 xalı qazanmış olub.

Qeyd edək ki, Anqola millisi yanvarın 23-də CAR-la, Mərakeş isə Kabo-Verde ilə qarşılaşacaq.