İlk oyun haqda düşüncələr...
20.01.2013 - 02:14
“Bakı” bu il ilk oyununa çıxdı. Düzdür, Bolqarıstanın “Eter” klubu ilə Antalyadakı 1:1 hesabı ilə nəticələnən yoxlama matçı qeyri-rəsmi oyun olsa da, hər halda, 2013-cü ildə başlanğıc idi. Bu matçdan 1 gün öncə Antalyada küləklə müşayiət edən leysan “İnter”in “Amkar”la oyununu təxirə saldığından, bu dəfə necə olacağı maraq doğururdu. Xoşbəxtlikdən hava bu dəfə öz şıltaqlığını göstərmədi. Düzdür, matç boyu külək əssə, hətta sonda yağış yağsa da, bunlar oyunun baş tutmağına əngəl olmadı.
Türkiyəli hakimlərin idarə etdiyi matç yoxlama xarakeri daşısa da, azsaylı azarkeşlər vardı. Hətta təcili yardım maşını, həkimlər də kənarda duraraq, sanki rəsmi oyunun getdiyini xatırladırdılar. Şükür Allaha, xəstəxanalıq olay olmadı.
Hərçənd oyun yetərincə sərt mübarizə şəraitində keçdi. Özü də bolqarla kobud oynayaraq, bir neçə dəfə futbolçularımıza ciddi xətər yetirdilər. Hətta bir epizodda “Bakı”nın makedoniyalı qapıçısı Edin Nureddinoskiyə qarşı kobudluqdan sonra onun yenidən başından xəsarət almağı narahatçılığa əsas yaratdı. Axı o, son turda “İnter”lə matçda başından aldığı zədədən sonra huşunu itirərək, xəstəxanaya aparılmışdı. Ancaq bu dəfə ciddi problem olmadı və onun ayağı qalxıb mübarizəni davam etdirməyi üçün klubun həkimlərinin meydanda etdikləri tibbi yardım yetərli oldu.
Sözsüz ki, əsas diqqət “Bakı”nın transfer etməyə hazırlaşdığı qapıçı Kamran Ağayevlə hücumçu Rauf Əliyevə yönəlmişdi. Ancaq “zolaqlılar”ın gödəkçələrində olan milli üzvləri meydana çıxmayaraq, oyunu tribunadan izlədilər. “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç futbolçuları oynatmamağına matçdan sonra izah verdi. Komandanın digər qapıçısı Aqil Məmmədov da onlarla bir sırada idi. Yarımmüdafiəçi Lukas Mario Xorvat isə hərarəti yüksəldiyindən, oteldə qalmışdı.
Bandoviçin hər hissədə bir heyəti oynadacağı gözlənilən idi. Yalnız Nurəddinoski sona kimi meydanda oldu. İlk hissədə əsas heyətdəki oyunçular meydanda daha çox təşkil edirdi və bunun nəticəsidir ki, “Bakı” fasiləyə kimi daha yaxşı təsir bağışladı. Ancaq ümumilikdə götürdükdə müdafiədə buraxılan səhvlər az deyildi. Elə “zolaqlılar”ın buraxdığı qol da ani diqqətsziliyin nəticəsi idi. Rəqib futbolçu 16-cı dəqiqədə cərimə zərbəsindən sonra hava ötürməsini başla qapıdan keçirdi. Ümumiyyətlə, standart vəziyyətlər zamanı “Bakı”nın qapısında təhlükələr yaranırdı.
“Zolaqlılar” 43-cü dəqiqədə hesabı gözəl kombinasiya nəticəsində bərabərləşdirilər. Yarımmüdafiənin sol cinahında yeralan kapitan Elvin Məmmədov mərkəzə çəkilərək, ara ötürməsi ilə Nurlan Novruzovu qapıçı ilə təkbətək çıxardı. Gənc hücumçu da topu qapıçının yanından uzaq küncə dəqiq yönəltdi. Ancaq “Bakı”nın qələbəyə layiq olduğu oyundan bundan artığına gücü çatmadı.
Sonda yeni futbolçular haqda. Müdafiənin sol cinahında yer alan ukraynalı Anatoli Stukalova hücumlara qoşulmaqda fəal olsa da, xüsusi bir oyunu ilə seçilmədi. Dayaq yarımmüdafiəçisi oynayan sabiq “Kəpəz”li, makedoniyalı yarımmüdafiəçi Bujamin Asani isə buraxdığı xətalar rəqibin təhlükəli əks-hücumlarına səbəb olurdu. Yeni transfer Aqil Nəbiyev mərkəz müdafiəçisi kimi inamlı təsir bağışladı.
“Bakı”nın “Eter”lə oyunda start heyəti:
1. Edin Nurədinoski, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 14. Elvin Əliyev, 20. Elşad Manafov, 23. Anatoli Stukalov, 8. Junior Vilson, 77. Aleksandr Şoliç, 11. Elvin Məmmədov (k), 15. Ülvi Quliyev, 19. Nurlan Novruzov
İkinci hissədə meydana çıxanlar:
1. Edin Nurəddinoski, 2. Edemir Rodriges, 4. Aqil Nəbiyev (k), 25. Şəhriyar Əliyev, 27. Georgi Popxadze, 7. Deyvudas Çesnauskis, 99. Rəhman Hacıyev, 24. Bujamin Asani, 26. Tural Qürbətov (18. Vasif Rzayev), 11. Vüqar Bəybalayev, 117. Ramazan Abbasov
Mehman SÜLEYMANOV
ANTALYA

0
0