Çempion son dəqiqədə məyus oldu
20.01.2013 - 02:48
Çempion son dəqiqədə məyus oldu
Fransa çempionatında 21-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə altı qarşılaşma baş tutub.

“Marsel” doğma publika önündə son ölkə çempionu “Monpelye”ni qonaq edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

“Brest” isə evində “Sent-Etyen”i sınağa çəkib. Bu qarşılaşmada isə azarkeşlər yalnız bir qola şahidlik edib. Matçın 50-ci dəqiqəsində Brandadonun vurduğu yeganə qol qonaqlara 3 xal qazandırıb.

Qeyd edək ki, Fransa çempionatının 21-ci turuna bu gün keçiriləcək üç oyunla yekun vurulacaq.


Fransa çempionatı

21-ci tur

18 yanvar

“Lion” - “Evyan” 0:0

19 yanvar

“Soşo” - “Reyms” 1:0
Puyol, 15

“Marsel” - “Monpelye” 3:2
A.Ayev, 14, J.Ayev, 79, Jiqnak, 90 - Herrera, 17, Utaka, 56

“Ayaçço” - “Valensyen” 1:1
Mutu, 30 - Niquette, 69

“Loryan” - “Troyes” 3:2
Monnet, 20, Reale, 27, Borillion, 83 - Breçet, 65, Kamus, 88

“Brest” – “Sent-Etyen” 0:1
Brandado, 50

“Tuluza” – “Nansi” 2:1
Tabanu, 57; 78 - Karabue, 89

20 yanvar

“Bastiya” – “Renn”
“Lill” - “Nitsa”
“Bordo” - PSJ