Latsio” xal itirdi, “Yuventus” qələbə qazandı
20.01.2013 - 03:13
Latsio” xal itirdi, “Yuventus” qələbə qazandı
İtaliya A seriyasında 21-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Palermo” ilə üz-üzə gələn “Latsio” xal itkisi ilə üzləşib. Fasiləyə minimal hesablı üstünlüklə yollanan Roma klubu, ikinci hissənin 70 və 72-ci dəqiqələrində buraxdığı iki qolla hesabda geri düşüb. Lakin 84-cü dəqiqədə Ernanes penaltidən fərqlənərək paytaxt təmsilçisini məğlubiyyətdən xilas edib – 2:2.

“Yuventus” isə evində “Udineze”yə heç bir şans verməyib. Rəqibini 4 cavabsız qolla məğlub edən “Qoca Sinyora” turnir cədvəlində liderliyini qoruyub.

Qeyd edək ki, İtaliya A seriyasının 21-ci turunun digər oyunları bu gün keçiriləcək.


İtaliya A seriyası

21-ci tur

19 yanvar

“Palermo” – Latsio” - 2:2
Arevalo, 70, Dibala, 72 – Flokkari, 10, Ernanes, 84-pen

“Yuventus” – “Udineze” - 4:0
Poqba, 41; 66, Vuçiniç, 72, Matri, 80

20 yanvar

“Fiorentina” – “Napoli”
“Milan” – “Bolonya”
“Atalanta” – “Kalyari”
“Kyevo” – “Parma”
“Cenoa” – “Katanya”
“Peskara” – “Torino”
“Syena” – “Sampdoriya”
“Roma” – “İnter”