“Liverpul”dan böyük hesablı qələbə
20.01.2013 - 03:49
“Liverpul”dan böyük hesablı qələbə
İngiltərə Premyer Liqasında 23-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə yeddi qarşılaşma baş tutub.

“Liverpul” evində “Norviç”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib – 5:0.

“Mançester Siti” isə öz meydanında “Fulhem”lə üz-üzə gəlib. Görüş “şəhərlilər”in qələbəsi ilə yekunlaşıb. David Silvanın hər hissədə vurduğu bir qol Roberto Mançininin komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 23-cü turunun digər oyunları bu gün və sabah keçiriləcək.


İngiltərə Premyer Liqası

23-cü tur

19 yanvar

“Liverpul” – “Norviç” – 5:0
Henderson, 26, Suares, 37, Sturric, 59, Cerard, 66, Bennet, 74-avtaqol

“Mançester Siti” – “Fulhem” – 2:0
Silva, 2; 69

“Nyukasl” – “Ridinq” – 1:2
Kabaye, 36 – Fondre, 71; 78

“Suonsi” – “Stok Siti” – 3:1
Deyvis, 49, Quzman, 57; 80 – Ouen, 90

“Vest Hem” – KPR – 1:1
C.Kol, 68, Remi, 14.

“Viqan” – “Sanderlend” – 2:3
Vauqan, 5-avtoqol, Enrikes, 79 – Qardner, 17-pen, Fletçer, 20; 42

“Vest Bromviç” – “Aston Villa” – 2:2
Brunt, 49, Odemvinqe, 83 – Benteke, 12, Aqbonlahor, 31

20 yanvar

“Çelsi” – “Arsenal”
“Tottenhem” – “Mançester Yunayted”

21 yanvar

“Sauthempton” – “Everton”