Böyükağa Hacıyev: Ümumiyyətlə komandanın hazırlığından razıyam - VİDEO
20.01.2013 - 04:40
Böyükağa Hacıyev: Ümumiyyətlə komandanın hazırlığından razıyam - VİDEO
"Təlim-məşq toplanışında ilk oyunumuzu Rusiyanın “Rotor” komandasına qarşı keçirdik. Belə desək, oyun pis təsir bağışlamadı, bir həftəlik hazırlıq fonunda futbolçuların funksional hazırlığı göz qabağında idi. İndiki halda bundan artığını da tələb etmək olmaz".

Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"in baş məşqçisi Böyükağa Hacıyev "Rotor"la baş tutan yoxlama oyunundan sonra deyib.

O, qarşılaşmadan sonra klubun rəsmi saytına komandasının hazırlıq səviyyəsindən razı qaldığını bildirib:

"Oyunun başa çatmasına 25 dəqiqə qalmış Bahodir Nasimovu meydana buraxdıq və o da ənənəsini pozmayaraq bizə lazım olan qolu vurdu. Vobayın da gözəl ötürməsini qeyd etmək lazımdır. Ümumiyyətlə komandanın hazırlığından razıyam. Məşqlərimiz davam edir. Sabahdan etibarən komanda gündə 3 dəfə məşq edəcək. Fikirləşirəm ki, hazırlıq mərhələsinin sonuna kimi komandanı tam hazırlaya biləcəyik".