“Təbii ki, uduzduğumuza görə təəssüflənirik”
20.01.2013 - 05:39
“Təbii ki, uduzduğumuza görə təəssüflənirik”
Antalyada keçirilən “Neftçi” - “Rotor” (1:0) qarşılaşmasından sonra Rusiya təmsilçisinin baş məşqçisi Valeri Burlaçenko “ağ-qaralar”ın rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, o, matç haqda fikirlərini bildirib.

Burlaçenko "Neftçi"nin onlardan daha sürətli olduğunu vurğulayıb:

“Görünürdü ki, rəqib komanda bizdən daha hazırlıqlı idi. Öz komandamdan razıyam və əlimizdən gələni nümayiş etdirdik. Təbii ki, uduzduğumuza görə təəssüflənirik. Qarşıda görəcəyimiz çox işlər var. Oyuna gəlincə isə “Neftçi” bizdən daha sürətli idi. Rəqib top saxladığı zaman çətinlik çəkirdik və müdafiədən çıxa bilmirdik. Ümumilikdə oyun şəkli aydındır və bu gün üçün tam obyektivdi”.