Messi Ronaldoya çatdı
20.01.2013 - 07:30
Messi Ronaldoya çatdı
“Baselona”nın ulduz futbolçusu Lionel Messi daha bir rekordu təzələməyə yaxındır. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu İspaniya La Liqasının XX turunda səfərdə “Real" (Sosyedad) (3:2) klubu ilə qarşılaşmanın 7-ci dəqiqəsində vurduğu qolla Braziliyanın əfsanəvi oyunçusu Ronaldonun rekorduna çatmış olub.

Belə ki, Messi Bask təmsilçisinin qapısından keçirdiyi qolla La Liqada ardıcıl 10 matçda fərqlənmiş olub. “Sanbaçı” isə bu rekordu 1995-1996-ci il mövsümündə qırmışdır.

“Barselona”nın ölkə çempionatında növbəti rəqibi evdə “Osasuna” olacaq. Əgər bu qarşılaşmada Lionel yenə fərqlənməyi bacararsa, onda o, braziliyalı futbolçunun 17 illik rekordunu yeniləmiş olacaq.

Qeyd edək ki, Messi 2012-ci ildə 91 qolla 1 ildə ən çox qol vuran futbolçu ünvanına sahib olub. “Qızıl top” mükafatına ard-arda 4 dəfə layiq görülən Argentina milli komandasının üzvü almaniyalı əfsanəvi futbolçu Herd Müllerin (1972) 85 qolluq rekordunu təzələyərək, adını futbol tarixinə yazdırıb. Hazırda isə Lionel 28 qolla İspaniya çempionatının bombardirlər siyahısına başçılıq edir.