“Almaniyada Foqtsdan danışan kimi Azərbaycan deyirlər” – MÜSAHİBƏ
20.01.2013 - 13:00
Almaniyada fəaliyyət göstərən türkiyəli FİFA agenti Rəmzi Somsurun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Azərbaycan futbolu haqda hansı məlumata maliksiniz?
- Fikrimcə, futbolunuz son illərdə yüksəlişdədir. Buna görə də gələcəyə nikbin baxıram. Almaniyalı Berti Foqtsun milli komandanıza gəlişi ilə bir inkişaf başladı. Məncə, ona bundan sonra da şans vermək lazımdır.
- Almaniyada Azərbaycan futbolu söz düşəndə, daha çox Foqts yada düşür, yoxsa...
- Foqtsdan danışan kimi Azərbaycan deyirlər. Təbii ki, almaniyalılar onun ölkənizdə çalışmağı haqda müəyyən məlumata malikdirlər. Düşünürəm ki, Foqtsun Azərbaycanda işləməyi müsbət haldır. Ola bilər ki, mütəxəssis ilk vaxtlar istənilmədi, yanlış anlaşılma oldu. Ancaq Foqtsun Azərbaycanda olmağı futbolunuz üçün bir qazancdır.
- Milli komandamızda bir sıra türkiyəli futbolçular oynayır ki, onlar Almaniyada doğulub, boya-başa çatıblar...
- Onlar haqda eşitsəm də, futbolçu kimi oyunlarını görməmişəm. Onsuz da Azərbaycanla Türkiyə qardaş bir ölkədir. Əgər Türkiyədə özlərini göstərməyə imkanları olmayan türklər Azərbaycanda şans qazanırlarsa, futbolunuza yardım edirlərsə, bu, yaxşı bir şeydir.
- Futbolçularımız Avropa klublarında oynamırlar. Bunu səviyyə, yoxsa menecerlik işinin zəif olmağı ilə əlaqələndirərdiniz?
- Fikrimcə, ilk olaraq uşaq futbolunun müəyyən bir səviyyəyə gətirmək, öz oyunçularınızı yetişdirmək lazımdır. Bu zaman azərbaycanlı futbolçuların Avropaya axını ola bilər. Məncə, xaricdən futbolçu gətirib, Azərbaycan futbolunu populyar etmək yanlış addımdır. İnkişaf bəlli bir səviyyəyə çata, ancaq sonradan sürətlə aşağı düşə bilər.
- Siz əsasən hansı futbolçularla işləyirsiniz?
- Əsasən gənc futbolçularla. Məşhur Kakanın Braziliyada adaşı var, onunla çalışıram. Portuqaliyalı sol cinah müdafiəçisi Lusiano Amarel də mənimlə işləyir. İki ildir FİFA agentiyəm və 19 yaşlılarla çalışıb, onlara şans vermək istəyirəm.
- Futbolçularımızdan daha çox kimi tanıyırsınız?
- Türkiyənin “Adana Dəmirspor” klubunda oynayan Cavid Hüseynovu. Onu çox bəyənirəm, “bişmiş” bir futbolçudur.
- Azərbaycan klublarına futbolçu təklif etməklə bağlı hansı əlaqələrimiz olub?
- Bir neçə futbolçu - Bruno Morayeşin, Nezmeddin Selimi, Davor Bratişinin Azərbaycana gəlişi variantları olsa, sonda reallaşmadı. İnşallah, bir gün mən də öz futbolçumu Azərbaycan klubuna vermək şansını qazanacağam.
Mehman SÜLEYMANOV
Antalya

0
0