Rauf Əliyev Suzoviçlə çalışıb, “Qarabağ”dan müsbət cavab gözləyir
20.01.2013 - 14:05
Rauf Əliyev Suzoviçlə çalışıb, “Qarabağ”dan müsbət cavab gözləyir
“Bakı”nın düşərgəsində olan Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev fiziki hazırlığının artırılmağı üzərində işləyir. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Raufdan götürülən testlər bir müddət komanda hazırlığından kənarda qalan futbolçunun fiziki planda çatışmazlıqlarının olduğunu aşkara çıxarıb.

Bu üzdən “Bakı”nın çalışdırıcısı Bojidar Bandoviçin tərtib etdiyi plan üzərində çalışan 24 yaşlı hücumçu digər serbiyalı məşqçi ilə işləyir. Bu, komandanın fiziki hazırlıq üzrə yeni çalışdırıcısı olan Deyan Suzoviçdir. “Zolaqlılar”da bu gün istirahət günü olsa da, Rauf səhər fiziki hazırlıq üzərində çalışıb.

Təbii ki, müqavilə ilə məxsus olan futbolçunun “Bakı”ya keçidinin nə vaxt rəsmiləşəcəyi daha çox maraq doğurur. Əliyev hələ məsələ tam həll olunmadığından açıqlama verməyi məqsədəuyğun saymasa da, Ağdam klubu ilə danışıqların müsbət yekunlaşacağını düşünür.

Mehman SÜLEYMANOV
ANTALYA