“İnter” məşqə 1 dəqiqəlik sükutla başladı
20.01.2013 - 15:56
“İnter” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Bakı təmsilçisinin səhər məşqindən öncə komandanın direktoru Natiq Məmmədov 20 Yanvar faciəsinin 23-cü ildönümü barədə məlumat verdikdən sonra qanlı hadisələrdə dünyasını dəyişmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Klubun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze "İnter"in məşqçi heyəti və futbolçuları adından Azərbaycan xalqına başsağlığı verib, həlak olmuş insanlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyib.
Bir dəqiqəlik sükutdan sonra komanda məşq prosesinə başlayıb. Səhər məşqində futbolçular isinmə hərəkətləri ilə yanaşı, müxtəlif fiziki təmrinləri də yerinə yetiriblər.
Qeyd edək ki, “İnter” bu gün axşam məşqinə də çıxacaq.

0
0