Branimir Subaşiç özünə klub tapdı
20.01.2013 - 16:49
Branimir Subaşiç özünə klub tapdı
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş serbiyalı futbolçumuz karyerasını “Qarabağ”da davam etdirə bilər.

Belə ki, Subaşiç artıq Ağdam təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qatılıb. Onunla bu günlərdə razılığın əldə olunacağı gözlənilir.

Qeyd edək ki, qış fasiləsində Branimirin “Xəzər Lənkəran”la müqaviləsi başa çatdığından o yeni komanda axtarışına başlayıb.