Georgi Çixradze: Nə rasizm? Allah eləməsin
21.01.2013 - 09:25
“Mən hakimlik haqda heç vaxt danışmıram. Bu dəfə də şərh vermək istəmirəm. Sadəcə, “Akjayık”la oyunumuzda verilən qırmızı vərəqələr qarşılıqlı idi”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib. Gürcü çalışdırıcı Antalyada keçirdikləri ilk yoxlama oyununda – Qazaxıstanın “Akjayık” klubuna 0:1 hesabı ilə uduzduqları matçda baş verənlərə aydınlıq gətirib.
Belə ki, Qazaxıstan mətbuatının iddiasına görə,” Simirq”un futbolçusu Nicat Abbasov rəqibin kamerunlu müdafiəçisi Haman Sacoya irqçi söyüşlərlə görə meydandan qovulub. Özü də oyununu bizim hakim Ömər Paşayev idarə edib.
Çixradze qazaxların düzgün yazmadığını bildirib: “Onda heç bir irqçilik söyüşləri olub. Sadəcə, futbolçular bir-birinə söz atıblar. Nə rasizm? Allah eləməsin. Əvvəl də mətbuatda bizim haqda belə yazmışdılar. Bu, tamamilə absurddur. Bizdə futbolçular normal insanlardır. Onlar peşəkardırlar və iqrçililiyə yol vermələri mümkün deyil”.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0