Sneyder rəsmən “Qalatasaray”da!
21.01.2013 - 10:15
Sneyder rəsmən “Qalatasaray”da!
“Qalatasaray” transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Hollandiya millisinin yarımmüdafiəçisi Uesli Sneyderin transferini reallaşdığını rəsmən bəyan ediblər.

Klubun yaydığı press-relizdə bildirilir ki, ulduz futbolçu ilə müqavilənin bütün şərtləri razılaşdırılıb və tibbi müayinədən sonra təntənəli imzalanma mərasimi təşkil olunacaq. 3,5 illik müqaviləyə imza atacaq Sneyderlə anlaşma “Türk Telekom Arena”da rəsmiləşəcək.

Qeyd edək ki, Uesli Türkiyəyə bu gün gələcək. İctimaiyyətə isə sabah təqdim olunacaq.