Cavid Hüseynov üçün məğlubiyyət acısı
21.01.2013 - 11:15
Türkiyə çempionatının I liqasında II dövrənin ilk turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” öz meydanında “Boluspor”u qəbul edib.
Adana təmsilçisi bu qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. Həmyerlimiz matçın 55-ci dəqiqəsində meydana daxil olub. Türkiyə mətbuatı onun oyununu 6-ya layiq bilib.
Qeyd edək ki, 18 oyundan sonra hesabında 27 xal olan adanalılar 6-cı pillədə qərarlaşıb.

0
0