“Xəzər Lənkəran” Alvaro Silva haqda qərar verdi
21.01.2013 - 12:24
“Xəzər Lənkəran” ispaniyalı futbolçu ilə müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, bu, 28 yaşlı müdafiəçi Alvaro Silvadır.
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına dəvət olunan arxa xətt oyunçusu özü haqda müsbət fikir formalaşdıra bilib. “Xəzər Lənkəran”ın məşqçilər korpusunun da bəyəndiyi legionerin komandada saxlanılmasına qərar verilib.
Alvaro ilə yaxın günlərdə müqaviə imzalanacaq. Rəsmi imzalanma mərasimi isə
komanda Azərbaycana qayıtdıqdan sonra təşkil olunacaq.
Qeyd edək ki, son klubu “Xeres” olan Silva karyerası ərzində “Marbelya”, “Malaqa”, “Kadis” komandalarında da çıxış edib.
Müdafiəçi Rumıniyanın “Petrolul” klubunda legioner həyatı da yaşayıb.

0
0