Millinin heyətində dəyişiklik
21.01.2013 - 15:46
Millinin heyətində dəyişiklik
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Yusif Şirinov komandanın heyətindən çıxarılıb. Bunun səbəbi onun zədəli olmasıdır.

Onun əvəzinə toplanışa "Neftçi" klubundan Tural Osmanov dəvət edilib. O,
yanvarın 23-dən fevralın 1-ə qədər Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Mənbə: affa.az