“Bakı”ya Superliqadan futbolçu gəldi
23.01.2013 - 13:45
“Bakı” baxışa daha bir legioner çağırıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatın görə, “Qazaxıstanın “Jetısu” klubundan gələn bolqarıstanlı müdafiəçi Tanko Dyakov “zolaqlılar”ın düşərgəsində yer alıb. Bu gün ilk məşqə çıxacaq 28 yaşlı legioner sabah yoxlama oyununda sınanacaq.
Tanko ilk növbədə ucaboylu olmağı ilə diqqət çəkir. Belə ki, 1,93 metr boya malik futbolçu müdafiənin mərkəzində oynayır. Dyakovun karyerasının böyük hissəsi vətəni ilə bağlıdır. Belə k, o, Bolqarıstanda “Beroe”, “Levski”, “Minyor”, “Slaviya”, “Vihren”, “Çerno More”, “Lokomotiv” (Plovdiv), “Lokomotiv”də (Sofiya) oynayıb. Tanko bu klublardan ən çox “Çerno More”də (2008-11-ci illər, 82 oyun, 4 qol) çıxış edib. O, Bolqarıstan çempionatında ümumilikdə keçirdiyi 226 oyunda 7 qol vurub.
İlk dəfə ötən il legioner həyatı yaşayan bolqarıstanlı iyulda Qazaxıstana gələrək, Superliqanın iştirakçısı olub. O, “Tobol”un heyətində 7 matçda meydana çıxıb.
Qeyd edək ki, bakılıların hazırda sınadığı legionerlər yarımmüdafiəçilər – ispaniyalı Mario Martines, serbiyalı Risto Ristoviç və türk əsilli hollandiyalı Ferdi Elmasdır.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0