“Valensiya”nın sabiq məşqçisi “Neftçi”də - FOTO
23.01.2013 - 15:13
Antalya hazırlığını davam etdirən “Neftçi” fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, UEFA Pro kateqoriyalı Ruben Seleş “Barselona” klubunun “Master” diplomuna layiq görülüb.
Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış çalışdırıcı İspaniyanın “Valensiya”, “Vilyareal” və Yunanıstanın “Aris”, “Asteras” kimi klublarında çalışıb.
Qeyd edək ki, Ruben Seleş bu günkü məşqdə komanda heyətinə təqdim olunub.

0
0