Ruben Seleş: “Neftçi” hər zaman iddialı olub
23.01.2013 - 15:37
“Mənə dəvət gələn kimi “Neftçi” haqqında ətraflı məlumat topladım. Bilirdim ki, bu klubun böyük tarixi var və “Neftçi” hər zaman iddialı olub”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin fiziki hazırlıq üzrə yeni məşqçisi Ruben Seleş deyib.
Antalyada “ağ-qaralar”ın bu günkü məşqində komanda heyətinə təqdim olunan ispaniyalı mütəxəssis fikirlərini Bakı təmsilçisinin rəsmi saytına danışıb: “Bu mövsüm komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Avropada öz söz etdirib. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. “Neftçi” rəhbərliyi ilə söhbətimdə komanda qarşısına qoyulan məqsədlərlə tanış oldum. Klubun baş məşqçisi Böyükağa Hacıyev tanışlıqdan sonra mənə öz məsləhətlərini və tövsiyyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla abu-hava var. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər. Gənc olmağıma baxmayaraq, Avropanın bir sira ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam”.
O bildirib ki, hazırlıq müddəti başa çatana kimi komandanın futbolçuları çempionat oyunlarına tam hazır olacaq və klub rəhbərliyin etimadını doğruldacaq.

0
0