“Bakı”nın növbəti rəqibi Almaniya klubu oldu
23.01.2013 - 16:43
Sabah “Bakı” Türkiyədəki təlim-məşq toplanışında növbəti sınağına çıxacaq. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “zolaqlılar” əvvəl planlaşdırdığı kimi 1 gündə 2 oyun keçirəcək. Bunadək Macarıstanın “Uypeşt” klubu ilə oynayacağı dəqiqləşən bakılılar daha bir rəqib tapıb. Bu, Almaniyanın III Bundesliqa təmsilçisi “Berqiş Qladbax”dır.
“Uypeşt”lə oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtilə saat 15:00-da), almanlarla matç bundan 2 saat sonra başlayacaq. Hər 2 oyun “Bakı”nın qaldığı “Rixos” otelinin yaxınlığındakı meydançada olacaq. Komanda son günlərdə məşqlərini məhz orada keçirib.
Bu gün səhər məşqini edən baş məşqçi Bojidar Bandoviç oyun qabağı 1 hazırlıqla kifayətlənməyi lazım bilib. Baxışa gələn bolqarıstanlı müdafiəçi Tanko Dyakov ilk məşqə çıxıb. Onun və digər baxışda olan legionerlər haqda qərar sabahkı matçlardan sonra veriləcək. Digər mərkəz müdafiəçisi Aqil Nəbiyev də artıq məşqlərə qoşulub. “Bakı”nın yeni transferi mədəsindəki narahatçılığa görə dünənki məşqlərə qatılmayaraq, istirahət etmək qazanmışdı.
Qeyd edək ki, “Bakı” ilk yoxlama oyununda Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0