Franko Foda “apasport”a danışdı
23.01.2013 - 16:50
“Kayzerslautern”in baş məşqçisi Franko Fodanın apasport.az saytına müsahibəsi
- Öncə müsahibəyə razı olduğunuz üçün təşəkkür edirik. Təbii ki, bizi maraqlandıran əsas məsələ həmyerlimiz Rüfət Dadaşovla bağlıdır. Onu əsas komandaya dəvət etsəniz də, sonra onu geri qaytardız...
- Dadaşov? Mən belə oyunçu tanımıram... Bir dəqiqə, siz yəqin ki Dadaçevi deyirsiz. Onun familiyası bizdə belə çağırılır.
- Onu bir yoxlama oyununda sınadıqdan sonra geri göndərdiz. Bunun səbəbi Rüfətin zəif təsir bağışlaması idimi?
- Bəli, onu bizə U-23 komandamızın baş məşqçisi yoxlamağı tövsiyə etmişdi. Bəzən “Kayzerslautern”in əsas komandasına aşağı yaş qruplarından futbolçuları toplanışlara aparırıq. Rüfət də belə futbolçulardan biri idi. Onu yoxlama matçında oynatmaqla əsas komandaya uyğunlaşmasına çalışırdıq. Gələcəkdə o yenidən əsas komandaya cəlb oluna bilər.
- Ümumiyyətlə, bu futbolçu haqda nə deyə bilərsiz?
- Bilirsiz, bu futbolçu istedadlı olmağına istedadlıdır. Ancaq hələ çox gənc olduğundan, müəyyən məqamlarda təcrübəsizliyi özünü göstərir. Yoxsa, onun perspektivinə söz ola bilməz.
- Siz onun Azərbaycan millisinin üzvü olduğunu bilirdiz?
- Əlbəttə. Bilirdim ki, Berti Foqts onu yığmaya çağırıb.
- Azərbaycan futbolu haqda hansı bilgilərə maliksiz?
- Elə bir informasiyam yoxdur. Yalnız onu bilirəm ki, Berti Foqts milli komandanızı çalışdırır. O isə Almaniya yığmasında mənim məşqçim olub.
- “Gloria Serenity” otelində qalırsız. Bizim də “Qəbələ” adlı komandamız burda məskunlaşıb. Heç bu komanda ilə yoxlama oyunu keçirmək planınız olubmu?
- Biz yoxlama oyunlarını çox öncədən müəyyənləşdirmişik. Bu klublar arasında “Qəbələ” ilə yoxlama matçı keçirmək planımız olmayıb.
- Nə vaxt Almaniyaya qayıdırsız?
- Şənbə günü.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0