“O vaxtkı “Xəzər Lənkəran” daha güclü idi”
23.01.2013 - 19:00
“Yaxşı oyun alındı. Qarşılaşmadan öncə yağış yağdığından meydança yaş idi. Buna görə də, əsas odur zədələnən futbolçu olmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Ukraynanın “Krivbass” klubunun baş məşqçisi Oleq Taran deyib.
Krivoy-Roq təmsilçisi Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində “Xəzər Lənkəran”ı yoxlama matçında böyük hesabla məğlub etdi: “6:0 hesablı qələbəmizə səbəb odur ki, biz daha nizamlı, daha dəqiq oynadıq. Qələbə də məhz bunun sayəsində qazanıldı”.
Maraqlıdır ki, 4 il əvvəl bu komandalar arasında keçirilmiş yoldaşlıq görüşündə “ağ-yaşıllar” rəqibini darmadağın etmişdilər. Taran həmin qarşılaşmanı yaxşı xatırladığını bildirib: “Səhv etmirəmsə, o vaxt “Xəzər Lənkəran” bizi 3:0 hesabı ilə məğlub etmişdi. Həmin komanda ilə indiki arasında təbii ki fərq var. Fikrimcə, o vaxtkı “Xəzər” daha güclü idi. Onda sizin futbolçular bir-birinə dəqiq ötürmə verirdilər, sürətli oyun göstərirdilər. Amma indi komandanızın gənc olduğu hiss olunur. Fikrimcə, güclənməsinə ehtiyac var”.
Keçmiş SSRİ dövründə dəfələrlə Bakıya gələn ukraynalı mütəxəssis Azərbaycan haqda xoş xatirələrə malik olduğunu deyir: “Maşallah Əhmədov, İqor Ponomaryov yaxşı yadımdadır. SSRİ dövründə “Neftçi” klubunun elə də ciddi uğuru olmasa belə, Bakıda oynamaq asan deyildi. Komandanız istənilən rəqibdən xal almaq gücündə idi. Bakılı azarkeşlər də çılğın idi, durmadan “Neftçi”ni dəstəkləyirdilər. UEFA kubokunda “Şəmkir”lə görüşü də yaxşı xatırlayıram. Ümumiyyətlə, azərbaycanlılarla münasibətlərimiz yüksək səviyyədə olub”.
Taranın sözlərinə görə, Azərbaycan komandalarından təklif də alıbmış. Amma son anda ölkəmizə gəlişi baş tutmayıb: “Həmin təklifi “İnter”dən almışdım. O vaxt Anatoli Konkov baş məşqçi postundan ayrılıb, idman direktoru vəzifəsinə keçməli idi. Bu məqsədlə hətta ölkənizə də gəlmişdim. Sonradan bu yerdəyişmə ilə bağlı hansısa qalmaqal yarandı. Lənkərana yollanıb “Xəzər Lənkəran” – “İnter” görüşünü də izlədim. O vaxt Lənkəran stadionu indiki kimi deyildi. Amma bildiyimə görə, həmin arena daha yaxşı vəziyyətdədir”.

0
0