Cavid İmamverdiyev yığmaya çağrıldı
23.01.2013 - 18:02
Cavid İmamverdiyev yığmaya çağrıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilik. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev (“Neftçi”) millinin hazırlıq prosesində iştirak edəcək.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.