“Bakı”da baxışda olan futbolçu Qvardiolanın debütünü korlayıb
23.01.2013 - 18:43
“Bakı”da baxışda olan ispaniyalı futbolçu Mario Martines “Barselona”nın sabiq baş məşqçisi olan həmyerlisi Xosep Qvardiolanın debütünü korlayıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin 2008-ci ildə “Nimansiya”nın heyətində Kataloniya təmsilçisi ilə oyunda Qvardiolanı məyus edib.
Belə ki, 42 yaşlı çalışdırıcı məhz həmin vaxt “Barsa”nın ilk oyuna çıxarıb və 0:1 hesablı məğlubiyyət acısı dadıb. Həmin qolu isə matçın 12-ci dəqiqəsində Mario vurub.
Həmin 2008/09 mövsümündə yeganə qolunu “Barsa”ya vuran Martines apasport.az-ın əməkdaşı ilə söhbətində bunu xatırlayıb: “Hər bir futbolçu üçün vurduğu qollar arasında yaddaqalanı olur. Mənim üçün də “Barselona”ya vurduğum qol belələrindəndir. Əlbəttə, həmin oyunu, vurduğum qolu çox sevinclə xatırlayıram. Çünki Xosep Qvardiolanın “Barselona”nın baş məşqçi postunda debüt oyunu idi. Mən də sevinirəm ki, həmin oyunda qalib gəldik, komandamızın qələbə topunu da mən vurdum. Onda oyunun əvvəlində Viktor Valdesin qoruduğu qapıya yol tapa bilmişdim”.
“Numansiya”da 7 nömrəli formanı daşıyan Marionun 84-cü dəqiqədə əvəzləndiyi oyunda “Barselona” güclü heyətlə meydana çıxıb. Belə ki, Lionel Messi, Xavi Ernandes, Andres İnyesta, Karles Puyolla yanaşı, artıq komandada olmayan ulduz futbolçular – Tyerri Anri, Samuel Eto O, Yaya Ture də 2008-ci ilin avqustun 31-də keçirilən ilk turun həmin oyununda forma geyib.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0