Subaşiç türk klubunda?
23.01.2013 - 21:35
Subaşiç türk klubunda?
“Xəzər Lənkəran”ın sabiq futbolçusu, qış transfer dövrəsində “Qarabağ”a keçən Branimir Subaşiç Türkiyə klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının “Fanatik”ə istinadən məlumatına görə, Serbiya əsilli hücumçu ilə “Adanaspor”, “Göztəpə” və “Kartalspor” maraqlanır.

Qeyd edək ki, Subaşiç 2007-ci ildən Azərbaycan milli komandasının formasını geyinir. O, 38 matçda meydana çıxıb və 7 qola imza atıb.