“Neftçi”dən 60 faiz hazırlıq
24.01.2013 - 00:29
“Turnovo” ilə oyunda iki fərqli hissə izlədik. Fasilədə əsas heyətin bəzi üzvlərini dəyişməklə bir sıra əvəzetmələr gerçəkləşdirdim”. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləriAzərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Türkiyədəki təlim-məşq toplanışındakı Makedoniyanın “Turnovo” klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlər üçün brifinq keçirən mütəxəssis matç haqda fikirlərini açıqlayıb: “Deyərdim ki, bu əvəzetmələrdən narazı qaldım. Komandamız mövsüm ün ikinci hissəsinə cəmi 60 faiz hazırdır. Düşünürəm ki, fevralın əvvəlində bu rəqəm azı 80-85 faiz olacaq”.
Vüqar XEYRULLAYEV
Antalya, Türkiyə

0
0