Böyükağa Hacıyev: Belələrindən Azərbaycanda da var
24.01.2013 - 00:44
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev baxışa çağırdıqları legionerlərdən narazıdır. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mütəxəssis ispaniyalı və çilili legionerdən imtina etmək barədə düşünür.
Türkiyədəki təlim-məşq toplanışındakı Makedoniyanın “Turnovo” klubu ilə keçirilən yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Hacıyev əcnəbilərin səviyyəsinin yüksək olmadığını bildirib: “Baxışda olan legionerlər haqda nə deyə bilərəm. Belə oyunçulardan Azərbaycanda da var. Buna baxmayaraq, onlara daha bir qarşılaşmada şans verəcəm. Bundan başqa daha bir qapıçının yolunu gözləyirik”.
Vüqar XEYRULLAYEV
Antalya, Türkiyə

0
0