“Mendi, Dodo və Kamanan “üçlüy”ü hələ də çox güclüdür”
24.01.2013 - 01:44
“Hazırda Antalyaya gəlmişəm ki, burada keçirilən oyunları izləyim. Bu hansısa klubdan təklif almağımla bağlı deyil”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak deyib.
Türkiyəli mütəxəssis bu ölkədə təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Neftçi” ilə Makedoniya “Turnovo”sun arasında yoxlama oyununu izləyənlər arasında olub: “Hazırda hər hansı bir təklif yoxdur. Ölkənizdən incik ayrılmamışam. Bu üzdən də Azərbaycan futbolunu izləməkdə davam edirəm. “Qəbələ”də mənim baş məşqçiliyim dövründə formalaşan Mendi, Dodo və Kamanan üçlüyünün hələ də güclü olduğunu görürəm. Kamanan məhz mənim təşəbbüsümlə transfer olunmuşdu”.
Kavlak Azərbaycandan ayrılandan sonra heç yerdə çalışmadığını bildirib: “Həyatima doğma Ankarada yaşamaqla davam edirəm. Azərbaycan klubuna keçməyi çox istərdim. Lakin hələlik ölkənizdən təklif yoxdur”.
Qeyd edək ki, Kavlak 2011-2012-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.
Vüqar XEYRULLAYEV
Antalya, Türkiyə

0
0