“Fikirləşdim ki, 6 aydan sonra dəyərim aşağı düşər” - MÜSAHİBƏ
24.01.2013 - 16:38
“Bakı”nın yeni futbolçusu Rauf Əliyevin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- “Bakı”ya transferiniz nə yerdədir?
- Müqavilə ilə məxsus olduğum “Qarabağ”la “Bakı” arasında razılıq əldə edilib. İnşallah, bundan sonra da problem olmaz. “Bakı”nın hazırlığına qoşulmağım danışılmışdı. Böyük problem olsaydı, mən burda heç məşqə də çıxmazdım.
- Antalyada olduğunuz müddətdə “Qarabağ”ın rəhbərliyi ilə danışmalı idiniz...
- Bəli, danışdım. Keçidim həll olunmalıdır. Məsələni yekunlaşdırmaq üçün xırda detallar qalıb ki, bundan sonra “Bakı” ilə rəsmi müqavilə imzalayacağam. Yeni klubumla anlaşmanın detalları ilə bağlı müəyyən danışıqlarım olub.
- “Qarabağ”dan gedişiniz gözlənilməz oldu. Hər halda, siz yetirməsi olduğunuz bu klubda tanınmısınız...
- Mənim elə bir problemim olmayıb. Sadəcə, futbolda dəyişiklik lazımdır. Belə bir qərar yoxdur ki, daim bir klubda oynamalısan.
- Uzun müddətdə oynadığınız bir klubdan digərinə keçidə görə tərəddüd etmədiniz?
- Fikirləşdim ki, yerimi dəyişim. “Qarabağ”la bu haqda məsləhətləşdikdən sonra qərara gəldim.
- Bunun maddi məsələlərlə bağlılığı var idi?
- Heç bir bağlılığı yox idi. Çünki mənim “Qarabağ”la müqaviləm vardı. Biri var ki, mən yeni müqavilə imzalamaqdan imtina edərdim. Bu, başqa məsələ. Ancaq pul söhbəti ola bilməz.
- “Qarabağ”la cari mövsümün sonunda müqaviləniz bitəndə, sərbəst futbolçu kimi keçidiniz daha rahat olardı...
- Sadəcə, “Qarabağ”da daim oynamırdım. Fikirləşdim ki, 6 aydan sonra dəyərim aşağı düşər. Elə şeylər də var. Düşündüm ki, hər şeyi vaxtında həll eləsəm, yaxşıdır.
- Necə oldu ki, Rauf Əliyev “Qarabağ”da əsas heyətdə yerini itirdi?
- Komandada bir oyun oynayırdım, digərində yox. Sadəcə, şans gətirmədi ki, qol vurum. Son 2-3 ayda fərqlənə bilməmisəm.
- Bu çempionatda hələ qol hesabını aça bilməmisiniz...
- Bəli. Qol vurmadığıma görə təzyiq altında idim. Dedim ki, bəlkə mühiti dəyişim, xeyrimə olar.
- Bizdə ilin futbolçusu mükafatına layiq görülənin növbəti il karyerasında eniş olur. Sizdə də belə oldu. Yoxsa “ulduz xəstələyi”nin əziyyətini çəkdiniz?
- Heç vaxt “ulduz xəstəliyi”m olmayıb. Çempionatda qol vura bilmədim, ancaq getdim Şimali İrlandiya yığması ilə rəsmi, vacib oyunda fərqləndim. Özüm də başa düşmürdüm ki, “Qarabağ”da oyunum niyə alınmır, qol vura bilmirəm. Vurduğum zərbələrdən sonra top dirəyə dəyirdi, yaxud qapıçı qaytarırdı.
- Adınız “Qəbələ” ilə “Xəzər Lənkəran” ətrafında da hallanırdı. “Bakı”nı seçməyinizin əsas səbəbi nə oldu?
- Ad çəkmək istəmirəm, ancaq Azərbaycanda başqa variantlarım vardı. “Bakı”da hər şeyi 3-4 aya görə götürmək lazım deyil. Mən gələcəyi düşündüm. “Bakı” bu gün 10-cu yerdədirsə, inşallah, gələn mövsüm çempionluğa oynayacaq. Deyərdim ki, komandanın “altılığ”a düşmək şansı hələ də var. Bununla bağlı digər futbolçularımızla riyazi hesablama aparırıq və təqvimin də bizim üçün münasib olduğunu nəzərə alırıq. Rəqiblərimizin öz aralarında oyunları var ki, bunda xal itkisi qaçılmazdır.
- “Altılığ”a düşsəniz, yaxud ölkə kubokunda “Qarabağ”la üzləşəcəksiniz. İlk dəfə olacaq bu matç sizin üçün xüsusi əhəmiyyət daşıyacaq?
- Fikirləşəndə ki, “Qarabağ”a qarşı oynayacaqsan, müəyyən hisslər keçirə bilərsən. Çünki neçə il o klubda oynamısan. Bunlar olan şeydir. Ancaq elə bir xüsusi motivasiya yoxdur.
- “Bakı”nın hücumçuya böyük ehtiyacı olduğundan, daim əsas heyətdə oynamaq şansınız böyükdür. Bu da seçiminizə təsir etdi?
- Bu amil məni rahatlaşdırmır. Fikirləşmirəm ki, hücumçusu olmadığına görə mən oynamalıyam. Mən klub rəhbərliyinin, məşqçilərin, futbolçuların fikirlərinə çox diqqət yetirirəm. Görürəm ki, bir hücumçu kimi məndən çox şey gözləyirlər. İnşallah, burda etimadı doğrultmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.
- “Bakı”nın düşərgəsində olan vəziyyəti, ab-havanı, hazırlığı “Qarabağ”la necə müqayisə edərdiniz?
- Elə bir fərq hiss etmirəm. Məşqlərimiz də yaxşı keçir. Kollektivdən bir neçə futbolçu ilə əvvəldən, həm “Qarabağ”dan, həm də millidən bir yerdəyəm. Düzdür, mənə çox adam deyirdi ki, ilk dəfədir başqa klubda oynayacaqsan, sənə çətin gələr. Ancaq “Bakı”da kollektiv yaxşı olduğundan, bir o qədər də hiss eləmədim.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0