Rauf Əliyev: “Bakı”nı “Şanlıurfaspor”dan üstün tutdum
24.01.2013 - 16:20
“Türkiyədə oynamaq variantım həqiqətən ciddi idi. Özüm də fikirləşdim ki, yollansam, ordan da irəli getmək baxımından daha şanslı olaram. Hər halda, Türkiyə futbolu Azərbaycandan daha göz qabağında olur”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı”nın yeni futbolçusu Rauf Əliyev deyib. “Qarabağ”la yollarını ayırdıqdan sonra “zolaqlılar”la danışıqlar aparan 24 yaşlı hücumçu Türkiyəyə getmək variantının da olduğunu açıqlamışdı.
Rauf bizimlə söhbətdə həmin klubun I liqa təmsilçisi “Şanlıurfaspor” olduğunu təsdiqləyib. O rəsmi müqavilə imzayacağı “Bakı”ya üstünlük verməyinin səbəbini göstərib: “Türklər yaxşı da müqavilə təklif etmişdilər. Ancaq sonda Vətəndə qalmağa üstünlük verdim. Bunun bir neçə səbəbləri var. Birdən-birə elə yerə getmək adama çətindir. Urfa kənar şəhərdir.
Ailəliyəm, götür-qoy edəndən sonra “Bakı”da oynamağın daha yaxşı olduğuna qərar verdim. Başqa bir klub, Türkiyənin Superliqa təmsilçisi olsaydı, rahat gedərdim. Ancaq həm I liqa, həm də uzaq yer olduğuna görə “Bakı”nı üstün tutdum. Bu klubla danışığım, ilkin razılığım olmuşdu”.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0