İspaniyalının qolu “Qarabağ”a kifayət etmədi - YENİLƏNİB
24.01.2013 - 18:51
“Qarabağ” bu gün Antalyada 2-ci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Ukrayna Premyer Liqasında mübarizə aparan “Hoverla” ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun görüşdə komandamızın məğlubiyyəti ilə başa çatıb. Belə ki, Bələkdə, “Arkadia”nın futbol meydançalarında baş tutan matçda hesabı rəqib açıb. Ardınca “Qarabağ”da baxışda olan ispaniyalı Manuel Bleda hesabı bərabərləşdirsə də, ukraynalılar qarşılaşmanı qələbə ilə başa vurublar.
“QARABAĞ” (AZƏRBAYCAN) – “HOVERLA” (Ukrayna) - 1:2
QOL: Manuel Bleda, 70
Qeyd edək ki, “Qarabağ” ilk “Ural”a qarşı keçirib və 3:2 hesabı ilə qalib gəlib.

0
0