“Xəzər Lənkəran”a gələn xorvatiyalı kimdir?
24.01.2013 - 17:48
“Xəzər Lənkəran”a gələn xorvatiyalı kimdir?
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”a yeni futbolçu gəlir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi xorvatiyalı Marin Orsuliçlə müqavilə imzalaya bilər.

26 yaşlı yarımmüdafiəçi uzun müddət "NK Zaqreb"də oynayıb. Uzun boyu ilə diqqət çəkən (195 sm) Orsuliçun karyerası məhz paytaxt klubu ilə bağlıdır.

Belə ki, peşəkar karyerasına yetirməsi olduğu “Zaqreb”də başlayıb. 2005/2006 mövsümündə klubunda debüt edən Marin burada 115 oyuna çıxıb və 5 qola imza atıb.

7117 dəqiqə meydanda olan yarımmüdafiəçi ölkəsində intizamlı futbolçu kimi tanınıb. O, karyerası ərzində cəmi 30 sarı və 3 qırmızı vərəqə ilə cəzalandırılıb.