“Kəpəz” “İnter”in əvəzediciləri ilə bacarmadı
24.01.2013 - 18:14
“Kəpəz” “İnter”in əvəzediciləri ilə bacarmadı
"Kəpəz" yoxlama oyunları çərçivəsində bu gün ikinci görüşünə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi "İnter"in əvəzedici heyəti ilə qarşılaşıb. Matç qarşılıqlı hücumlarla keçib. Bunun nəticəsi olaraq, tərəflər hərəyə 2 dəfə fərqləniblər. "Kəpəz"dən qollardan birinə baxışda olan Vlad Serebryakov imza atıb.

Xatırladaq ki, "Kəpəz" cari ildə ilk görüşünü yanvarın 19-da keçirib. Həmin gün komandanın rəqibi "Qaradağ Lökbatan" klubu olub və görüş Bakı təmsilçisinin 1:3 qələbəsi ilə sonuclanıb.