“Kəpəz”in ev oyunlarını keçirəcəyi stadion bilindi
24.01.2013 - 18:44
“Kəpəz” klubunun ev oyunlarını keçirəcəyi stadion məlum olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisinin əsas heyəti ikinci dövrənin ev oyunlarına “Dalğa Arena”da çıxacaq. “Kəpəz”in əvəzedici komandası isə Şəmkir Olimpiya kompleksinin stadionunda keçirəcək.
Qeyd edək ki, PFL-ə müvafiq məktub ünvanlayan klub buna səbəb kimi Gəncə şəhər stadionun ot örtüyünün yararsız, tamaşaçı sektorunun isə qəzalı vəziyyətdə olmasını göstərib.
Qeyd edək ki, PFL-ə müvafiq məktub ünvanlayan klub buna səbəb kimi Gəncə şəhər stadionun ot örtüyünün yararsız, tamaşaçı sektorunun isə qəzalı vəziyyətdə olmasını göstərib.
0
0