“Sumqayıt” “Rəvan”la oynayacaq
24.01.2013 - 19:16
Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" məşqlərini davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Bayıl Arena-da məşqə çıxan komandanın heyətində zədəli futbolçu yer almayıb.
Belə ki, zədələrini sağaltmış Pərdis Fərcad-Azad, Murad Doymuş, Murad Ağayev və Sabir Allahquliyev komanda ilə məşqlərə başlayıb. Bernhard Raabın komandası günün ikinci məşqini isə trenajor zalında keçirib.
“Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində yanvarın 26-da növbəti yoxlama oyununa çıxacaq. Komanda "Rəvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

0
0