Milli komandamızın üzvü “Zenit”də debüt etdi
24.01.2013 - 21:28
Milli komandamızın üzvü “Zenit”də debüt etdi
Yanvarın 14-dən “Zenit”in əvəzedici komandası Antalyada təlim-məşq toplanışı keçir. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu toplanışda U-19 millimizin 17 yaşlı futbolçusu Elvin Bədəlov da iştirak edir.

Artıq o, “Zenit”in gənclərdən ibarət komandasında debütünü rəsmiləşdirib. Belə ki, Elvin “Rubin”in əvəzediciləri ilə görüşdə start heyətində meydana çıxıb və görüşü əvəzolunmadan keçirib. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Zenit”in əvəzedici komandası həmçinin “Qəbələ” ilə də qarşılaşıb. Elvin “Rubin”lə oyunda 90 dəqiqə meydanda olduğundan, “Qəbələ”yə qarşı oyunu komanda yoldaşları ilə birgə tribunadan izləyib.

Səbuhi TOFİQOĞLU
ANTALYA