“Qəbələ” daha bir futbolçunu heyətinə qatdı
24.01.2013 - 21:51
“Qəbələ” daha bir futbolçunu heyətinə qatdı
“Qəbələ” Ceyhun Sultanovun ardından daha bir futbolçunun transferini həll edib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, “qırmızı-qaralar” rumıniyalı müdafiəçi Kristian Pulhakı bəyənərək heyətə qatmağa qərar verib.

Bu gün İstanbuldakı Acıbadem Xəstəxanasında tibbi müayinədən uğurla keçən futbolçu komandanın axşam məşqinə qoşulub. Onunla 2 illik müqavilə bağlanması gözlənilir.

Qeyd edək ki, 2002-ci ildən bəri Pulhak Buxarest “Dinamo”suna məxsus olub. 2006-cı ildə Rumıniya millisində debüt edən Kristian burda 3 matça çıxıb.

Səbuhi TOFİQOĞLU
ANTALYA