“Qəbələ”nin rəqibləri dəyişdi
24.01.2013 - 22:19
“Qəbələ”nin rəqibləri dəyişdi
Antalyada hazırlıq keçən “Qəbələ”nin rəqibləri dəyişib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, yanvarın 28-də Zaporojye “Metallurq”u, fevralın 1-də “Milsami” ilə qarşılaşacaq bölgə klubu daha güclü rəqiblərlə oynamaq istəyib.

Bu üzdən təşkilatçılar Rumıniya klubları “Styaua” və “Petrolul”la qarşılaşacaq. Belə ki, “Qəbələ” “Styaua” ilə ayın 28-də, “Petrolul”la isə 30-da görüşəcək. Ancaq “Milsami” ilə fevralın 1-də də qarşılaşmaq ehtimalı öz yerində qalır.

Qeyd edək ki, ilk yoxlama oyununda “İnqolştadt 04”ə 3:4 hesabı ilə uduzan “Qəbələ” saat yerli vaxtla 17:00-da “Volın”la qarşılaşacaq. Anatoli Demyanenkonun yetirmələri ilə matç “Qloriya” otelinin meydançalarından birində baş tutacaq.

Səbuhi TOFİQOĞLU
ANTALYA