“Valideynlərimin millini seçməkdə böyük rolu var” - MÜSAHİBƏ
24.01.2013 - 22:54
“Valideynlərimin millini seçməkdə böyük rolu var” - MÜSAHİBƏ
U-19-un və “Zenit”in müdafiəçisi Elvin Bədəlovun apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsi

- Elvin, necə oldu ki, “Zenit”də oynamağa başladız?
- Rusiyada doğulmuşam. 7 yaşımdan “Zenit”də çıxış etməyə başlamışam. Hələ də bu klubun üzvüyəm.

- “Zenit”in əvəzedici komandasında ilk dəfə çıxış edirsiz?
- Bəli, ilk dəfə bu komandanın Antalyadakı toplanışında iştirak edirəm. Buna qədər daha aşağı yaş qrupundan ibarət komandada oynayırdım.

- “Qəbələ”yə qarşı niyə oynamadız?
- Çünki səhər “Rubin”in əvəzediciləri ilə matçda çıxış etmişdim. Həmin matçda 90 dəqiqə oynamışdım.

- Burda hansı mövqedə çıxış edirsiz?
- Müdafiənin mərkəzində.

- U-19-dan dəvət alırsız. Düşünmürsüz ki, artıq “Zenit”in əvəzedicilərində çıxış edən bir futbolçu kimi U-21-ə çağırılmalısız?
- Hələ ki U-19-a çağırılıram. Burdan U-19-un düşərgəsinə qoşulacam. Onlar da Antalyada hazırlıq keçir. Hələ 17 yaşım var. U-21-ə çağırarlarsa, gedərəm.

- Klubdan yığmanın düşərgəsinə getməyinə görə problem yaratmırlar ki?
- Yox. Ayın 30-da U-19-a qoşulacam.

- “Zenit”də əsas komandaya düşməyənlər başqa klublara keçir. Sizin bu baxımdan planlarınız nədir?
- O zaman yetişəndə baxarıq. Hələ ki heç bir klubdan təklifim yoxdur. Heç menecerim də yoxdur.

- Rusiyada doğulan biri kimi necə oldu ki, millimizi seçməyə üstünlük verdiz?
- Valideynlərim Azərbaycandan olduğundan, milli komandada oynamağı daha üstün tutdum. Valideynlərimin bunda böyük rolu var.

Səbuhi TOFİQOĞLU
ANTALYA