Fernando Lyorente “Yuventus”da
25.01.2013 - 01:45
Fernando Lyorente “Yuventus”da
“Yuventus” İspaniya milli komandasının və “Atletik”inin futbolçusu Fernando Lyorente ilə müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, Lyorente 2013-cü ilin yayında azad agent qismində Turin komandasına keçəcək.

27 yaşlı hücumçu müqaviləsinin sonunadək “Atletik”də qalmağa üstünlük verib.

Qeyd edək ki, Fernando Lyorente karyerasına “Baskoniya”da başlayıb. Sonradan forvard “Atletik”ə keçib. Lyorente cari mövsüm İspaniya çempionatında 12 oyuna 1 qol vurub. Ölkə millisində isə o, 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.