UEFA-dan "Fənərbaxça"ya növbəti cəza
25.01.2013 - 02:12
UEFA "Fənərbaxça"nı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, “sarı bülbüllər” Avropa Liqasının qarşıdakı bir ev oyununu azarkeşlərin iştirakı olmadan keçirəcək.
Buna səbəb İstanbul klubunun azarkeşləri Avropa liqasının (2012-2013) qarşılaşmalarında öz meydanında və səfər matçlarında məşəl yandırması və Fransada “Marsel”lə görüşdə qalmaqal yaratması olub.
Həmçinin “Fənərbaxça”ya 40 min avro pul cəzası da kəsilib. Bununla bağlı olaraq İstanbul təmsilçisi UEFA-ya şikayət ərizəsini təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, “Fənərbaxça” Avropa liqasının 1/16 final mərhələsində Belarus BATE-si ilə üz-üzə gələcək. Bu qarşılaşmada azarkeşlər komandalarının oyununu izləyə bilməyəcək.

0
0