Sabiq “Qalatasaray”lının qazandırdığı ilk qələbə
25.01.2013 - 02:20
“Bakı” Antalyada keçirdiyi hər 3 oyunda hər 3 nəticəyə imza atdı. Bolqarıstanın “Eter” klubu ilə bərabərliyə qalan (1:1) “zolaqlılar” daha sonra 1 gündə ardıcıl 2 matça çıxdı. Bunlardan Macarıstan “Uypeşt”inə 0:2 hesabı ilə uduzan bakılılar Alamniyanın aşağı divizion təmsilçisi “Berqiş Qladbax”a qalib gəldi – 1:0.
Təbii ki, yoxlama oyunlarında nəticə önəmli deyil. Futbolçuların iş başında görməyi daha məqsədəuyğun sayan “Bakı”nın baş məşqçisi Bojidar Bandoviş sərəncamında 33 futbolçu olduğundan, ardıcıl 2 matç təşkil etdi. Düzdür, 3 qapıçı meydana çıxmadı ki, onlardan əsas diqqətiçəkən Kamran Ağayevin yenə oyunu kənardan izləməyi idi. Uzun fasilədən sonra məşqlərini bərpa edən millimizin qapıçısı hələ hazır olmadığından, meydana çıxmadı.
Əvəzində Rauf Əliyev “Eter”lə matçdan fərqli bu dəfə oynadı və bununla da “Bakı”da qeyri-rəsmi də olsa debütünü gerçəkləşdirdi. Meydanda çalışqanlıyı ilə yadda qalan hücumçu tez-tez orta sahəyə, hətta müdafiəyə çəkilərək, komanda yoldaşlarına kömək edirdi. Bununla belə, Raufun hələ tam hazır olmadığı görünürdü.
Macarlarla oyunda əsas heyəti buraxan Bandoviç 60-cı dəqiqədə 8 futbolçunu əvəzləyərək, qapıçı Edin Nurəddinoski, mərkəz müdafiəçisi Şəhriyar Əliyev və hücumçu Nurlan Novruzovu meydanda yadda saxladı. Meydana çıxan “Bakı”nın gənc, təcrübəsiz oyunçuları əzmkarlıq göstərərək, hətta oyunda ən real qol vəziyyətini yaratdılar ki, onda da yığmamızın hücumçusu Namiq Ələsgərovun vurduğu zərbə tirdən qayıtdı. “Vurmayana vurarlar” prinsipi az sonra öz sözünün dedi və rəqib sona yaxın 5 dəqiqəyə 2 qol vurdu. Yenə müdafiədə səhvlər özünü göstərdi və heyətdəki böyük dəyişiklər nəticəyə öz təsirini göstərdi.
“Bakı” baxışdan keçirdiyi 5 legionerin hamısını 2-ci oyuna saxladı. Tanko Dyakovla Samuel Ayson müdafiənin mərkəzində duet təşkil etdiklərindən, orada oynayan Denis İvanov dayaq yarımmüdafiəçisi mövqeyinə çəkildi. Ferdi Elmas sol cinah hücumçusu kimi oynayırdı. Risto Ristovişlə Mario Martines isə yarımmüdafiənin mərkəzində yer almışdı. Bunlardan Risto hücumçunun arxasında, Mario isə ondan arxada qərarlaşmışdı. Hərçənd Martinesə oyun qurucusu kimi çıxış etmək daha rahat idi.
İstənilən halda, ispaniyalı yaxşı təsir bağışladı və qələbə topunda iştirak etdi. Buna imza atan və bununla da “Bakı”ya bu ildə ilk qələbəni qazandıran sabiq “Qalatasaray”lı Ferdi Elmasın da oyunu xoş təsir bağışladı. Risto ilə Samuel elə də seçilmədi. Tanko isə ucaboylu müdafiəçi kimi hava mübarizələrində üstün olsa da, ləngliyi, ötürmələrdə səhvləri özünü göstərdi. “Bakı” hələ taleyinə aydınlıq gətirmədiyi legionerləri Antalyada son yoxlama oyununda – yanvarın 27-də Xorvatiyanın “Osiek” klubu ilə matçda sınayacaq.
“Bakı”nın “Uypeşt”lə oyunda start heyəti:
Edin Nurəddinoski, Aqil Nəbiyev, Şəhriyar Əliyev, Georgi Popxadze, Edemir Rodriges, İbrahim Karqbo, Junior Vilson, Aleksandr Şoliç, Elvin Məmmədov (k), Nurlan Novruzov, Rauf Əliyev
Sonradan meydana çıxanlar: Ülvi Quliyev, Vasif Rzayev, Vüqar Bəybalayev, Elşad Manafov, Novruz Məmmədov, Namiq Ələsgərov, Tural Qürbətov, Denis İvanov
“Bakı”nın “Berqiş Qladbax”la oyunda start heyəti:
Aqil Məmmədov (k), Tanko Dyakov, Samuel Ayson, Elşad Manafov, Novruz Məmmdəov, Vasif Rzayev, Deyvidas Çesnauskis, Ferdi Elmas, Tural Qürbətov, Namiq Ələsgərov, Rəhman Hacıyev
Sonradan meydana çıxanlar: Əziz Quliyev, Elvin Əliyev, Denis İvanov, Mario Lukas Horvat, Risto Ristoviç, Mario Martines
Mehman SÜLEYMANOV
ANTALYA

0
0