“Herta” üçün azərbaycanlı hakim
25.01.2013 - 03:11
“Herta” üçün azərbaycanlı hakim
Türkiyənin Antalya şəhərində təlim məşq toplanışı keçirən Azərbaycan hakimlərinin növbəti təyinatları açıqlanıb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu dəfə ədalət təmsilçilərimiz tanınmış klubların iştirakı ilə baş tutacaq oyunda da iş başında olacaqlar.

Belə ki, ən təcrübəli FİFA referimiz Anar Salmanov Almaniyanın "Herta" klubuyla Avstriya "Şturm"unun görüşündə ədaləti qoruyacaq. Bundan başqa təmsilçimizin baş hakimi olduğu görüşün Almaniya telekanallarından biri ilə canlı yayımlanacağı gözlənilir.
Vüqar Xeyrullayev
Antalya, Türkiyə